Azərbaycan sərhədini pozan iki nəfər tutuldu

img

28-10-2019 [10:04]


Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışa verildiyi müəy­yən­­ləş­diril­ib.

Həmin tarixdə "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azər­bay­cana gələn Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR