"150 saata çəkilməzlərsə..." - Ərdoğandan Avropa ilə YPG/PYD-yə təhdid, Peskovdan isə xəbərdarlıq

img

26-10-2019 [17:35]


Türkiyə Prezidenti Ərdoğan YPG/PYD terror qruplaşmasının 150 saat ərzində ABŞ və Rusiya ilə razılaşdırılmış bölgədən çəkilməsini tələb edib.

Mia.az xəbər verir ki, o, bu barədə bugünkü çıxışında danışıb.

Ərdoğan qeyd edib ki, terror qruplaşması ilə bir masaya oturmaları qətiyyən  mümkün deyil: "Bununla bağlı vasitəçilik etmək istəyənləri də əsla qəbul etmirik, etməyəcəyik də. Terror qruplaşması nəzərdə tutulan güvənli bölgədən çəkilməlidir. Əgər 150 saatın tamamında çəkilməzlərsə, o zaman Türkiyə ordusu gərəyini həyata keçirəcək, onları bu bölgədən təmizləyəcəyik".

Ərdoğan çıxışında təhlükəsiz bölgədə inşa olunacaq infrastruktura da toxunub: "Avropa ölkələri bununla bağlı Türkiyəyə dəstək verməlidir. Ki, suriyalı qaçqınları ora yerləşdirə bilək. Əgər verməzlərsə, o zaman sərhədləri açarıq, köç dalğası Avropaya yönələr".

Yeri gəlmişkən, xatırladaq ki, dünən Rusiya prezidentinin mətbuat katibi Peskov da Türkiyə ilə anlaşmadan danışıb. 

O bildirib ki, PKK/YPG/PYD anlaşmada nəzərdə tutulan bölgədən çıxmalıdır:  

"Əgər çıxmazlarsa, o zaman Türkiyə ordusu ilə üz-üzə qalacaqlar. Və heç kim onları qorumayacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR