26-10-2019 [15:12]
"Azərbaycan Respublikası Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi edir. Ölkəmiz bu quruma 2011-ci ildə üzv olmasına baxmayaraq, az müddət ərzində böyük hörmət və nüfuz qazana bilib. Məhz bu səbəbdən 2018-ci ildə üzv dövlətlərin yekdil rəyi ilə XVIII Zirvə Görüşünün ölkəmizdə keçirilməsinə qərar verilib. Qoşulmama Hərəkatının (QH) üzv dövlətləri Azərbaycana etimad göstərərək 2019-2022-ci illərdə də təşkilata sədrliyi Azərbaycana həvalə ediblər".
Mia.az xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün proqramına uyğun olaraq Venesuela Prezidenti sədrliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təhvil verdi. Dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədrliyi missiyasını yerinə yetirərək Azərbaycan Respublikasının mövqeyini əks etdirən geniş və məzmunlu nitq söylədi. Prezident öz nitqində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyində prioritetləri və bu hərəkat çərçivəsində əməkdaşlıq, həmçinin ölkəmizin inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə rolundan danışıb, Bandunq Prinsiplərinin Azərbaycanın Hərəkata sədrliyinin əsas təməl prinsiplərini təşkil edəcəyini vurğulayıb.
"Tarixi Bandunq Prinsiplərinin bünövrəsində dövlətlərin ərazi bütövlüyü, suverenlik, dövlətlərin və xalqların bir-biri ilə qarşılıqlı hörmət prinsipləri əsasında yaşaması, bir-birinin daxili işlərinə qarışmaması kimi meyarlar dayanır. Dövlətimizin başçısı vurğuladı ki, məhz bu prinsiplər Azərbaycan Respublikasının məramının özəyini təşkil edir və ölkəmizin xarici siyasətini əks etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə məhz bu məqsədləri, məramları təşviq edir. Ona görə də ölkəmiz quruma sədrliyi dövründə Bandunq Prinsiplərinin təşviq edilərək güclənməsinə səy göstərəcək. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dövlətimizin konkret mövqeyini, Azərbaycanın uğurlu inkişaf modelini faktlar və rəqəmlərlə auditoriyanın diqqətinə çatdırdı. Dövlətimizin başçısı öz nitqində ölkəmizin ərazi bütövlüyünün pozulması, Ermənistanın gücdən istifadə edərək ərazilərimizi işğal altında saxlaması, Xocalı soyqırımı, mülki Azərbaycan əhalisinə qarşı törədilən etnik təmizləmə və işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti, eləcə də beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyini dəstəkləməsi barədə faktları diqqətə çatdırdı. Prezident İlham Əliyev bir məqamı xüsusilə vurğuladı ki, beynəlxalq ictimaiyyət deyəndə bir qrup ölkə və ya dövlətdən söhbət getmir. Beynəlxalq ictimaiyyət elə Qoşulmama Hərəkatının özü deməkdir. Dünyanın 120 dövlətinin nümayəndəsi burada iştirak edir və ümumilikdə 2300-dən çox qonaq var. Bakı Zirvə Görüşündə çoxsaylı ölkələrin dövlət başçıları və digər yüksək vəzifəli şəxslər iştirak edir və öz ölkələrinin problemlərini ortaya qoyurlar. Bütün bunlar onu göstərir ki, beynəlxalq ictimaiyyətin mövqeyinin hərtərəfli şəkildə dinlənilməsi və Hərəkata üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin inkişaf etdirilməsinə xüsusi ehtiyac var”, – deyə Prezident Administrasiyasının şöbə müdiri bildirib.
Sammitdə Qoşulmama Hərəkatı və BMT-nin gündəliyində olan məsələlərin bir-biri ilə sinxronluq təşkil etdiyini diqqətə çatdıran Hikmət Hacıyev qeyd edib ki, Zirvə Görüşünün xarakterik xüsusiyyətlərindən biri də Azərbaycanın uğurlu gənclər siyasətindən çıxış edərək ilk dəfə bu Hərəkat çərçivəsində Gənclər Sammitinə ev sahibliyi etməsidir:
"Azərbaycan təşkilata sədrliyi dövründə gənclər siyasətinə xüsusi önəm verəcək. Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkəmiz üzv olduğu digər beynəlxalq və regional təşkilatların Qoşulmama Hərəkatı ilə əməkdaşlığının möhkəmləndirilməsində öz töhfəsini əsirgəməyəcək. Azərbaycan Respublikası sivilizasiyalar və mədəniyyətlərarası dialoqda fəal iştirak edən dövlətdir. Onun sədrliyi dövründə bu məramlar da diqqətdə saxlanılacaq.
Sammitin sonunda mühüm sənəd imzalanacaq ki, burada Bakı görüşünün nəticələri öz əksini tapacaq. Bu sənədin qəbul olunması məhz Bakıda təşkil edilən Zirvə Görüşünün konkret məqsədə, məramlara xidmət etməsini göstərən yekun sənəd olacaq. Burada beynəlxalq ictimaiyyəti və Azərbaycanı narahat edən məsələlər öz əksini tapacaq. Yekunda dörd sənəd qəbul ediləcək. Azərbaycan sədrlik funksiyasını yerinə yetirərək kompromislər əsasında konsesusun tapılması, toplantıda aparılan müzakirələrin sənədlərdə əks olunnmasına öz töhfəsini verəcək. İlk növbədə, söhbət Bakı Bəyannaməsindən gedir. Bu, yığcam sənəddə prioritetlər öz əksini tapacaq. İkinci sənəd Bakı Zirvə toplantısının nəticələrini əxz edəcək. Fələstinlə bağlı ayrıca sənəd qəbul ediləcək. Təşkilatda məhz Fələstin problemi ilə bağlı xüsusi komitə fəaliyyət göstərir. Müzakirələrin yekununda daha bir sənəd imzalanacaq. Belə ki, Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət, o cümlədən Sammitdə iştirak edən müşahidəçi dövlətlər, beynəlxalq təşkilatlar, xüsusi qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə, eləcə də 2019-2022-ci illərdə təsisata sədrlik kimi məsuliyyətli funksiyanı öz üzərinə götürdüyünə görə Azərbaycan dövlətinə və xalqına təşəkkür sənədi imzalayacaq. Yekunda dörd əsas sənədin qəbul olunması Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün səmərəliliyindən xəbər verir”, – deyə Hikmət Hacıyev vurğulayıb.
O, həmçinin əlavə edib ki, sammitin başa çatması təsisata sədr kimi Azərbaycan üçün yeni və məsuliyyətli dövrün başlaması deməkdir: "Çünki Qoşulmama Hərəkatına sədrlik böyük siyasi iradə, məsuliyyət, diplomatik güc və imkanlar tələb edir. 2019-2022-ci illərdə bu çərçivədə müzakirə olunan prioritet məsələlərin həlli üçün bacarıqlar ortaya qoyulacaq. Əminik ki, Azərbaycan Respublikası dövlətimizin başçısının rəhbərliyi ilə xüsusi diplomatik bacarıq və məharət nümayiş etdirərək bu missiyanın da öhdəsindən layiqincə gələcək və Qoşulmama Hərəkatına uğurla sədrlik edəcək".
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb