Bakıda daha bir keçmiş məhkum tutuldu

img

26-10-2019 [13:19]


Bakıda mağazadan pul oğurlanıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 23-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Belə ki, saat 12:30 radələrində R.Zeynallıya məxsus yaşadığı ünvanda yerləşən mağazada yardım üçün nəzərdə tutulan qutudan 500 manat pul oğurlanıb.

Daha sonra R.Zeynallı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü, keçmiş məhkum C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR