Bakıda avtomobildən pul və brilyant oğurlanıb

img

26-10-2019 [11:02]


Bakıda avtomobildən xeyli miqdarda pul və brilyant daş-qaşlar oğurlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, hadisə oktyabrın 24-də paytaxtın Xətai rayonu, A.İsmayılov küçəsində baş verib.

Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü İ.Rəhimova məxsus "İnfiniti” markalı avtomobildən şüşəni sındırmaqla 1500 manat, 3000 avro və brilyant daş-qaşlar oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və xuliqanlıq maddələri ilə məhkum edilmiş 1991-ci il təvəllüdlü R.Şahbazov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR