Tovuzda oğru saxlanılıb

img

25-10-2019 [17:24]


Tovuz rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər verir ki, oktyabrın 18-də Tovuz Rayon Polis Şöbəsinə rayonun Qovlar şəhər sakini ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslərin onun yaşadığı evə qanunsuz daxil olaraq oradan 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurladığını bildirib.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Qovlar şəhər sakini Ayaz Qasımov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR