"Bir qisim ağzıgöyçəklər deyir ki, naxçıvanlılar çox yerlipərəst olurlar" - Fazil Mustafa

img

25-10-2019 [16:27]


"Bir neçə gün idi ki, İstanbulda böyük mütəfəkkirimiz Əhməd Ağaoğlunun 150 illiyinə həsr olunmuş elmi konfransdaydım. Bildiyiniz kimi, bu tədbir ölkə Prezidentinin imzaladağı sərəncamda nəzərdə tutulan tədbirlər planının tərkib hissəsi idi. Azərbaycan İlahiyyat İnstitutu, İstanbul Universiteti və İstanbul Türk Ocaqları birlikdə təşkilatçılıq edirdi. Orada çox faydalı bir tədbir oldu, "İslam dininin Əhməd Ağaoğlu düşüncə sistemində özəl yeri” mövzusunda məruzə etdim, müzakirələrdə fərqli sualları da cavablandırdım. Həmin ərəfədə Milli Məclisin iclasında üzrlü səbəbdən iştirak etməmişdim”.

Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa sosial şəbəkələrdə yazıb.

O, əlavə edib ki, hörmətli Ziyafət müəllimlə hörmətli Siyavuş müəllim, adının gündəmdən düşməsinə izin verməyiblər: "Doğru olmayan, statuslarına yaraşmayan formada şəxsimizə iradlar bildirdilər. Bunlara dərhal sosial şəbəkədə cavabımızı verdik, ona görə üzərində əlavə olaraq durmuram. Ancaq əleyhimizə olan bu çıxışlarda xoşuma gələn maraqlı bir məqamı da söyləmədən keçməyəcəyəm. Azərbaycanda bir qisim ağzıgöyçəklər söyləyirlər ki, naxçıvanlılar çox yerlipərəst olurlar. İndi diqqət yetirin, əleyhimə çıxış edənlərin ikisi də naxçıvanlıdır. Demək ki, yerlipərəstliklə bağlı deyilənlər öz təsdiqini tapmır. Sağ olsunlar, yenə də bir qisim ağzıgöyçəkləri haqsız çıxarmaqla bir faydalı işə yaradılar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR