Türk biznesmen Bakıda polisdən kömək istədi

img

25-10-2019 [16:09]


Bakıda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

"Report”un xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayon ərazində baş verib.

Rayon ərazisində yerləşən "Engin LTD” MMC-nin direktoru, Türkiyə vətəndaşı Gerkan Andaç polisə şikayət edərək bildirib ki, Bakı şəhər sakini Elnur Şıxəhmədli şirkətdən ümumilikdə 40 min manatdan çox uşaq bezləri, diş məcunu, yuyucu vasitələr və s. məhsullar alıb, lakin pulunu ödəməyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR