Putin Bakıdakı toplantıya məktub göndərib

25-10-2019 [15:16]
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 25-də Bakıda öz işinə başlamış Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün iştirakçılarına təbrik məktubu ünvanlayıb.

 Kremlin.ru saytı xəbər verir ki, Rusiyanın dövlət başçısı Moskvanın ədalətli çoxqütblü dünya nizamının qurulmasına, hamı tərəfindən tanınmış hüquq normaları və tərəfdaşların qanuni hüquqlarının tanınmasına əsaslanan bərabərhüquqlu beynəlxalq dialoqun və əməkdaşlığın inkişafına yönəlmiş Qoşulmama Hərəkatının fəaliyyətini dəstəklədiyini bildirib.

V.Putin qeyd edib ki, Zirvə Görüşü mürəkkəb beynəlxalq şəraitdə, dünyanın bir sıra regionlarında silahlı münaqişələrini alovlandığı və bunun da bir çox problemi, o cümlədən, yoxsulluq və aclıqla mübarizəni əngəllədiyi vaxtda keçirilir.

O, əmin olduğunu bildirib ki, Rusiya Federasiyası ilə Qoşulmama Hərəkatı arasında gələcək əməkdaşlıq regional və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək. /Azərtac


SON XƏBƏRLƏR