Moskvada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb

25-10-2019 [12:25]
Bu gün Moskvada MDB Hökumət Başçıları Şurasının iclası işə başlayıb.

Mia.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edir.

İclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda qəbul edilən sənədlərin imzalama mərasimi keçiriləcək.

Görüşün gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, anti-inhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, quş qriplərinin profilaktikasına dair birgə tədbirlər, MDB ölkələrinin İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bir çox digər məsələlər daxil edilib.


SON XƏBƏRLƏR