"Kiprdə qarşılarında güclü “Qarabağ” görəcəklər"

24-10-2019 [23:42]

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda Kipr APOEL-i ilə 2:2 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.

Klub rəsmisi əvvəlcə matçla bağlı fikirlərini bölüşüb:

- Adam matçın nəticəsinə üzülür. "Qarabağ”ın oyunu möhtəşəm idi. Ona görə üzülürük ki, "Qarabağ” burda qalib gəlməli idi. Oyunumuzla buna layiq idik. Çox epizodlarımız oldu. Səhvlərimiz də vardı. Buna baxmayaraq, performans möhtəşəm alındı. "Qarabağ” Azərbaycanı qürurlandırdı. Qrupda 2-ci yerdəyik. Bu o deməkdir ki, mübarizəni davam etdiririk. "Qarabağ” bugünkü kimi oynamağa davam etsə, tarixdə etmədiyini reallaşdıracaq və mərhələni keçəcək. "Qarabağ”dan məmnunam. Bu oyun xoş təsir bağışladı. Burdan qalib çıxmalı idik. Mübarizəyə davam edəcəyik.

- "Qarabağ” APOEL-i Kiprdə bir dəfə məğlub edib. Bu dəfə də reallaşdırmaq olar?

- Əlbəttə, olar. "Qarabağ” bu gün oyuna dominantlıq edirdi. APOEL ciddi rəqibdir. Amma Kiprdə qarşılarında güclü "Qarabağ” görəcək. Səfərə böyük əzmlə yollanacağıq. Klubuma inanıram.

- Nəticədən razı qaldınız?

- Xeyr! Biz bu gecə qalib gəlməyə layiq idik. Bərabərlik də pis deyil. Yerimizi qoruduq. Hesab edirəm ki, üstünlük hələ bizdədir. Səhv etməməliyik. Bu inamı davam etdirsək, inanıram ki, mərhələni keçəcəyik. Qrupda ikinci yerdə gedirik. Biz əlimizdən gələni etməliyik. Qurban müəllim və klubumuz bu fürsəti qaçırmamalıdır. Futbol həyatdır.

- "Qarabağ” 2 xal itirdi?

- Bəli. Amma ikinci yerdə gedirik. Beş dəqiqə sevindik, daha sonra üzüldük. Günümüz belə keçdi.

Report



SON XƏBƏRLƏR