"Evdə "Qarabağ"a niyə də qalib gəlməyək?" - APOEL-in baş məşqçisi

24-10-2019 [23:29]

"İkinci yarıda "Qarabağ" topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olsaq da, birinci hissəni 2:1 öndə tamamladıq. Bunu rəqibə belə bir dəstəyin olduğu stadionda etdik. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xala görə razıyam".

Mia.az xəbər verir ki, bu sözləri Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la Bakıda heç-heçə (2:2etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildiri ki, qazandıqları 1 xalla qrupdan çıxmaları mümkün deyil: "Ancaq evdə "Qarabağ"ı məğlub etdikdən sonra böyük şansımız olacaq. Xallarımızı bərabərləşdirə bilərik. Niyə də qalib gəlməyək?".



SON XƏBƏRLƏR