Daha iki ölkə prezidenti Azərbaycana gəldi

img

24-10-2019 [22:31]


Namibiya Respublikasının Prezidenti Haqe Qotfrid Qeynqob və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Azərbaycan Respublikasına səfərə gəlib.

Mia.az Azərtac-a istinadla xəbər verir ki, hər iki qonağı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR