Avropa Liqası: "Qarabağ" bərabərə qaldı, "Beşiktaş" uduzdu

img

24-10-2019 [22:48]


UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

Mia.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda Kiprin APOEL komandasını qəbul edib. 

Oyunun 13-cü dəqiqəsində "Qarabağ"lı Dani Kintana hesabı açıb - 1:0

Qonaqlar 29-cu dəqiqədə hesabı bərabərləşdiriblər - 1:1.

İlk hissəyə əlavə olunmuş dəqiqədə (45+1) qonaqlar daha bir qol vurublar - 1:2.

59-cu dəqiqədə "Qarabağ" hesaba tarazlıq gətirib - 2:2

Oyun bu hesabla başa çatıb.

Bu nəticədən sonra digər rəqiblərindən 1 oyun artıq keçirən "Qarabağ" 4 xalla hələlik 2-ci, "APOEL" isə 1 xalla sonuncu yerdədir.

Onu da qeyd edək ki, bu gün Türkiyənin "Başakşəhər" klubu "Wolfsberq"ə qalib glib - 1:0.

"Beşiktaş" isə öz meydanında "Braqa"ya 1-2 hesabı ilə uduzub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR