Azərbaycanın bank sektoru aktivlərini 7% artırıb

img

24-10-2019 [14:23]


Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 31 363,3 milyon manat təşkil edib.

"Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 7,4% çoxdur.

Bankların aktivlərinin 12 383,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,8% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 35,1%-dən 39,5%-ə yüksəlib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,3% artaraq 26 674,8 milyon manata, o cümlədən depozit portfeli 9,9% artaraq 20 062,6 milyon manata çatıb. Bunun 8 491,3 milyon manatı fiziki, 11 571,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 4,6%, şirkətlərin banklardakı vəsaitləri isə 14,2% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 60,7% azalaraq 160,8 milyon manata düşüb.

Sektorun balans kapitalı isə 14% artaraq 4 688,5 milyon manata çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR