Çempionlar Liqası: "Çelsi", "Liverpul", "Barselona" qələbə qazandı, "Lion", "Zenit" isə...

24-10-2019 [09:03]
Bu gün Çempionlar Liqasında qrup mərhələsində növbəti oyunlar keçirilib.

Mia.az xəbər verir ki, "Ayaks" öz meydanında İngiltərənin "Çelsi" komandasına minimal hesabla uduzub -  1:0. 

Oyunda yeganə qolu 86-cı dəqiqədə Mişi Batşuayi vurub. 

Bu qələbə sayəsində "Çelsi" xallarını 6-ya çatdıraraq, H qrupunda eyni xala malik "Ayaks"la şərikli lider olub.

"Leyptsiq" isə Almaniyada Rusiya "Zenit"i üzərində əzmkar qələbə qazanıb - 2:1

Bununla da xallarını 6-ya çatdıran "Leyptsiq" liderliyə yüksəlib. 4 xala malik "Zenit" isə Fransa "Lion"u ilə 2-3-cü yerləri bölüşür. 

Digər oyunlar isə aşağıdakı hesabla başa çatıb:

E qrupu

23:00. "Genk" (Belçika) - "Liverpul" (İngiltərə) - 1:4

Qollar: Stefan Odey, 88 - Aleks Oksleyd-Çemberlen, 2; 57. Sadio Mane, 77. Məhəmməd Salah, 87

23:00. "Zaltsburq" (Avstriya) - "Napoli" (İtaliya) - 2:3

Qollar: Erlinq Braut Haaland, 41 (pen.); 72 - Dris Mertens, 17; 64. Lorentso İnsinye, 73

Xal durumu: "Napoli" - 7, "Liverpul" - 6, "Zaltsburq" - 3, "Genk" - 1.

F qrupu

23:00. "İnter" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0

Qollar: Lautaro Martines, 22. Antonio Kandreva, 89

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Yan Borjil, 50 - Lionel Messi, 3. Peter Olayinka, 57 (öz qapısına)

Xal durumu: "Barselona" - 7, "Borussiya" - 4, "İnter" - 4, "Slaviya" - 1

G qrupu

23:00. "Benfika" (Portuqaliya) - "Lion" (Fransa) - 2:1

Qollar: Rafa Silva, 4. Pitsi, 86 - Memfis Depay, 70

Xal durumu: "Leyptsiq" - 6, "Zenit" - 4, "Lion" - 4, "Benfika" - 3

H qrupu

23:00. "Lill" (Fransa) - "Valensiya" (İspaniya) - 1:1

Qollar: Jonatan İkone, 90+5 - Denis Çerışev, 63

Xal durumu: "Ayaks" - 6, "Çelsi" - 6, "Valensiya" - 4, "Lill" - 1.


SON XƏBƏRLƏR