Gürcüstan və Ermənistan prezidentləri bölgədəki vəziyyəti müzakirə edib

23-10-2019 [15:29]
Gürcüstan prezidenti Salome Zurabişvili Tokioda ermənistanlı həmkarı Armen Sarkisyanla görüşüb.

Bu barədə Gücüstanın Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və bölgədəki vəziyyət müzakirə olunub.

Tərəflər Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi əlaqələr və mədəni əməkdaşlığın gücləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Prezidentlər texnologiya, qida təhlükəsizliyi, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələlərinə də toxunublar/Report 


SON XƏBƏRLƏR