İstefa verən 85 yaşlı AMEA prezidenti: "İnstituta direktor gedirəm”

img

23-10-2019 [13:53]


"İstefa verirəm. Hesab edirəm ki, vaxtdır, gənclərə yol vermək lazımdır. Səhhətimdə də müəyyən problemlər var".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə istefa ərizəsi ilə bağlı REAL-a açıqlamasında deyib.

A. Əlizadə bildirib ki, bundan sonrakı fəaliyyətində də elmlə məşğul olacaq:

"AMEA-nın Geologiya İnstitutuna direktor vəzifəsinə gedirəm. Akademiyanın vəziyyəti bu gün yüksəliş yolundadır. İnanırasm ki, Akademiyanın bundan sonrakı inkişafı daha iri addımlarla gedəcək. Gənc kadrların gəlməsi, magistratura yolunun davamı ildən ilə AMEA-nən bütün isitiqamətlərinə hiss olunur. Prezidentin qayğısı ilə bu inkişaf davam etdiriləcək”.

"Akademiyada yerinizə iddialı nə qədər adam var” sualına isə A. Əlizadə belə cavab verib:

"Bu barədə düşünməmişəm. Akademiyanın üzvlərindən bu vəzifəyə layiqli insanlar var”. 

"Geologiya İnstitutuna direktor vəzifəsinə təyin olunmaq sizə yaş baxımından problem yaratmayacaq ki” sualına cavabında isə A. Əlizadə bildirib ki, problem yaranarsa, oradadan da labaratoriya müdiri keçər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR