Gəncədə dəhşətli qətl: şəhər sakini iki nəfəri vurdu, biri öldü

img

23-10-2019 [12:49]


Gəncədə qətl törədən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyev və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.

Gəncə şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR