"Təhsilin anasını ağladan adam, elmin anasını güldürə bilməz..." - Misir Mərdanov istefaya çağırıldı

img

23-10-2019 [11:32]


"AMEA prezidenti Akif Əlizadə istefa verdi. Bu gözəl gün daha bir istefa xəbəri ilə tarixdə qala bilər. Bu gün Riyaziyyat və Mexanika İnstitutunun yaranmasının 60 ili tamam olur". 

Mia.az xəbər verir ki, bu sözləri təhsil üzrə ekspert Etibar Əliyev deyib.

O bildirib ki, bu institutun direktoru 73 yaşlı Misir Mərdanovdur: "O, Baş nazirin keçmiş müavini Əli Həsənovdan 2 yaş böyükdür. İnstitutun bu əziz günüdə onun da istefası institutun əməkdaşları üçün çimyağ ola bilər. İnanın, müasir riyaziyyatın, fizikanın, kimyanın, geologiyanın, dilçiliyin bu qoca kişilərə heç bir dəxli yoxdur. 

Başqa ölkələrin alimlərindən fərqli olaraq bizim alimlərin dövrlə bağlı idarəetmə təfəkkürləri və elmi düşüncələri dəyişmir. Bu baxımdan Riyaziyyat və Mexanika İnstitutu da bu dalğada xilas olunsa, ziyanın yarısından geri qayıtmış olarıq. Allah qoca Mərdanova da təpər versin...

Təhsilin anasını ağladan adam, elmin anasını güldürə bilməz...".

Digər xəbərlər
SON XƏBƏRLƏR