Səbail rayonunda 40 yaşlı kişi 9-cü mərtəbədən yıxılıb

22-10-2019 [23:13]
Bakıda bədbəxt hadisə baş verib.

Hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib/Report.


SON XƏBƏRLƏR