22-10-2019 [22:05]
"Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə Soçidə görüşü başa çatdı. Bu, Türkiyənin regional maraqlarının qorunması baxımından vacib görüş idi".
Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Türkiyə Suriya sərhəddinin 32 kilometr dərinliyini nəzarət altına almaq və bu bölgəni terrorçulardan təmizləmək üçün əvvəlcə Vaşinqtonla razılaşıb: "Çünki, həmin bölgələrə PKK uzantıları amerikalı hərbçilərlə birgə nəzarət edirdilər. Türkiyə ordusu əməliyyata başladı. Ancaq amerikalı hərbçilər həmin bölgələri tərk etdikdən sonra PKK uzantıları YPG və PYD dərhal ağalarını dəyişdilər və qapılarını Rusiya hərbçilərinə və Əsəd qüvvələrinə açdılar. Başqa sözlə, Amerika prezidenti Donald Tramp Suriyanın şimalını və PKK uzantılarını rusiyalı həmkarı Vladimir Putinə iadə etdi. Ona görə də, bundan sonra Ankara artıq Moskva ilə danışmaq məcburiyyətində qaldı.
Ərdoğanın Putinlə bugünkü görüşündə əldə olunan nəticələri Türkiyə üçün müsbət qiymətləndirmək olar. Əlbəttə, Türkiyə istəklərinin tamamını əldə etmədi, ancaq Suriyadakı maraqlarını qorumağı bacardı.
Birincisi, Ərdoğan "Barış Pınarı” əməliyyatının hədəflərini Putinə detallı şəkildə izah edib. Ərdoğan bir daha Putin bildirib ki, Türkiyənin Suriyanı parçalamaq kimi planı yoxdur, tam əksinə qonşusunun ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğanla Putin arasındakı razılaşmaya görə, PKK uzantıları 150 saat ərzində Türkiyənin sərhəddindən 30 kilometr uzaqlaşdırılacaq. Bunu Rusiya təmin edəcək. Türkiyə ilə Rusiya birgə patrul xidməti həyata keçirəcəklər. Hər iki tərəf Suriyada DAİŞ terrorçularını təqib edəcək. Soçidəki bugünkü anlaşma, həm də onu göstərdi ki, Əsəd öz ölkəsində Rusiya prezidentinin istəkləri daxilində fəaliyyət göstərmək məcburiyyətindədir.
İkincisi, Putin Türkiyənin Suriyadakı nəzarət etdiyi bölgələrdə infrastruktur çalışmalarının əleyhinə deyil. Yəni Türkiyə suriyalı qaçqınları bu bölgələrə köçürə biləcək. Bu o deməkdir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusu bu bölgədə varlığını sürdürə biləcək.
Üçüncüsü, Suriyanın Konstitusiyasını müəyyənləşdirəcək Komitə 29 oktyabrda toplanacaq. Bu komitənin tərkibi daha əvvəl Rusiya və Türkiyə arasında razılaşdırılmışdı. Komitənin tərkibində Əsəd rejiminin nümayəndələri ilə yanaşı müxalifət təmsilçiləri də yer alıblar".
Politoloq deyib ki, beləliklə, Suriyada Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq davam edir: "Kreml Türkiyənin Suriyadakı təhlükəsizlik maraqlarını nəzərə almış oldu. Mümkündür ki, Putin Ərdoğanı Dəməşqlə təmaslara başlamağı da razı salıb. Böyük ehtimalla Ərdoğan bu təklifi rədd etməsə də, Dəməqşlə dialoqa başlamaq üçün zamana ehtiyacı olduğunu bildirib".
Xatırladaq ki, Ərdoğanla Putinin Soçidəki görüşü 6 saata yaxın çəkib.
Görüşdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarında çıxarılmalıdır: "150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər".
O, həmçinin əlavə edib ki, Türkiyə və Rusiya Federasiyası Suriyada siyasi nizama salmaya nail olmaq üçün səy göstərəcəklər.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO