İcra başçısı 9 ayın yekunları ilə bağlı hesabat və tapşırıqlar verdi - FOTOLAR

img

22-10-2019 [21:18]


Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədəki nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rübün yekunları ilə bağlı  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilib. 

Mia.az xəbər verir ki, yığıncaqda rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, sahibkarların, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

İclası giriş sözü ilə açan  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirə barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir.

Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər yığıncaq iştirakçılarının diqqətinə şatdırılmışdır. Belə ki,   tikinti sahəsi üzrə   2019-cu ilin yanvar-sentyabr aylarında bütün  maliyyə mənbələri hesabına 147225,7 min manat həcmində əsas fondlar istifadəyə verilmişdir. iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 663302,6 min manat məbləğində vəsait yönəldilmişdir.  2019-cu ilin yanvar- sentyabr aylarında 296555,3 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 1007026,6 min manat olmuşdur. Rabitə müəssisələri tərəfindən 272364,3 min manat həcmində, əvvəlki ilin müvafiq dövrünə nisbətən   20,3 faiz  artıq xidmət göstərilmişdir. Nnəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 293484,9 min manat həcmində, əvvəlki ilin müvafiq dövrünə nisbətən 87,8 faiz  artıq xidmət göstərilmişdir.  İaşə müəssisələrinin ümumi dövriyyəsi  70189,6 min manat olmuşdur. Həcmin 54,5 faizi hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyəti sayəsində əldə olunmuş və onlar tərəfindən əhaliyə 38274,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Ödənişli xidmətlərin həcmi 2019-cu ilin yanvar- sentyabr aylarında 511977,6 min manat təşkil etmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən  2,0 faiz artmışdır. Pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1423869,9 min manatlıq əmtəə satılmışdır, 2019-cu ilin III rübündə  422008,7 min manatlıq sənaye məhsulu istehsal edilmiş və  xidmətlər  göstərilmişdir. Nəsimi rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4.7 faiz, işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 11,2 faiz artmışdır.

Sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, sağlam biznes mühitinin formalaşdırılmasının zəruriliyi qeyd olunaraq,  müasir iqtisadi şərait, biznes mühiti, xüsusən iqtisadiyyatın strukturunda baş verən kəmiyyət və keyfiyyət dəyişiklikləri digər vacib məsələlərlə yanaşı, vergi ödənişlərinin də tam həyata keçirilməsi barədə verilmiş tapşırıqlarla bağlı zaruri tədbirlərin görülməsinin vacibliyi rayon ərazisində fəaliyyət göstərən sahibkarların nəzərinə çatdırılmışdır.

Məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmişdir.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH tərəfindən məqsədyönlü işlərin aparıldığı,  hal-hazırda rayonda 25 məhəllədə pilot layihə üzrə işlər davam etdirildiyi vurğulandı.    Hesabat dövründə rayon üzrə Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər keçirilmişdir.

Hesabat dövründə  rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

2019-cu ilin üçüncü rübü ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.

Rayonda 2019-cu ilin üçüncü rübü ərzində  12 səyyar qəbul keçirilmiş,  2 mindən çox sakinin iştirak etdiyi   qəbullarda 87 müraciət dinlənilmişdir. Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, həlli mümkün olmayan məsələlərlə bağlı vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin təmiri, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olmuşdur. Səyyar qəbullarda iştirak edən sakinlər Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı Fərman və Sərəncamların əhali tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını xüsusi qeyd edərək, Ölkə Başçısına və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

İclasda   RİH Başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsi  Namiq Muradov, "Azərişıq” ASC-nin rayon İdarəsinin rəisi  Həbib Əzizov, Ağsaqqallar Şurasının sədri Aydın Heydərov, 1 saylı İİS-nin rəisi  İlham Bəşirov  rayon MKTB-nin rəisi Elman Yəhyayev, "Azərişıq” ASC-nin rayon şöbəsinin rəisi Həbib Əzizov üçüncü rübdə görülən işlər barədə çıxışlar ediblər.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov -  95 illik yubiley  Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri İsmayıl  Fərəcovu təbrik edib.

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin oktyabrın 15-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədəki nitqindən irəli gələn vəzifələrlə bağlı rayonun aidiyyəti qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.










Digər xəbərlər
SON XƏBƏRLƏR