“Clarivate Analytics agentliyinin eksperti AMEA Botanika İnstitutuda olub

img

22-10-2019 [20:17]


AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika İnstitutunun baş elmi işçisi, "Biopolymers and Cell” jurnalının redaksiya heyətinin rəhbəri, "Clarivate Analytics (Thomson Reuters)” agentliyinin elmi informasiya resurları üzrə eksperti İrina Tixonkova Botanika İnstitutunun qonağı olub.

Mia.az xəbər verir ki, institutun direktoru, akademik Validə Əlizadə və AMEA-nın professoru, b.ü.e.d. Dilzarə Ağayevanın iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun "Plant & Fungal Research” jurnallarının muasir standartlara uyğun  nəşr olunması məsələlələri müzakirə edilib. Ekspert bu jurnalın müasir tələblərə uyğun hazırlanmasından mənunluğunu bildirib, jurnalın səviyyəsinin yaxşılaşdırılması istiqamətində praktik tövsiyələr verib.

Sonra Botanika İnstitutunda alim və gənc mütəxəssislərin iştirakı ilə təşkil olunmuş seminarda İ. Tixonkova  "Web of Science” qlobal elmi bazasından effektiv istifadə qaydaları və bazanın əsas göstəriciləri ilə bağlı təqdimatla çıxış edib. Ekspert, həmçinin, yırtıcı jurnallar və onlarla mübarizə üsulları, nəşriyyat xərcləri, əlyazmanın tərtibatı, tədqiqatçı və elmi təşkilatın nailiyyətlərinin davamlı təqdimatı, tədqiqat və nəşr dövriyyəsinin əsas mərhələləri, müəllifin, rəyçinin və redaktorun hər bir mərhələdə rolu, nəşriyyat prosesində müəlliflərin ən çox yol verdiyi səhvlər haqqında danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR