Çin, Hindistan, ABŞ, İndoneziya, Rusiya... - 5 il sonra dünya iqtisadiyyatına yön verəcək ölkələr + SİYAHI

img

22-10-2019 [19:26]


2024-cü ildə qlobal iqtisadi artımda mühüm rol oynayacaq ölkələr Çin, Hindistan, ABŞ, İndoneziya və Rusiya olacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb. 

Bununla yanaşı, Braziliya, Almaniya, Türkiyə, Yaponiya, Misir də nisbətən az da olsa, dünya iqtisadiyyatını irəli çəkən ölkələr olacaq.

Belə ki, Çində 28,3%, Hindistanda 15,5%, ABŞ-da 9,2%, İndoneziyada 3,7%, Rusiyada 2%, Braziliyada 1,8%, Almaniya, Türkiyə və Yaponiyada 1,6%, Misirdə 1,5% iqtisadi artım gözlənilir.

İqtisadi artımda qabaqcıl 20 ölkə sırasında Meksika, Pakistan, Filippin kimi ölkələrin də yer alacaqları, İspaniya, Polşa, Kanada, Vyetnam kimi ölkələrin isə top 20-ni tərk edəcəyi güman edilir. Eyni zamanda Böyük Britaniya dünya iqtisadiyyatına töhfələrinə görə 9-cu yerdən 13-cü yerə enəcək.

Həmçinin sözügedən müddət ərzində dünya iqtisadiyyatında həm də beynəlxalq ticarətdəki qeyri-müəyyənlik üzündən geriləmə baş verə biləcəyi də bildirilir. Xatırladaq ki, bundan əvvəl IMF dünya iqtisadi artımın 2008-ci il böhranından sonrakı minimum səviyyə olan 3%-ə enəcəyini açıqlamışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq