Arvadına sataşanı öldürənə prokuror 13 il cəza istədi

img

22-10-2019 [15:30]


Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Asim Əbdülovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Asim Əbdülovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib. Asim Əbdülov həmyerlisi Elşən Qədirlini öldürməkdə təqsirləndirilir.

İttihama görə, mərhum Elşən Qədirli Asim Əbdülovun həyat yoldaşını bir neçə dəfə narahat edib. Elşən Qədirli Əbdülovun evinin həyətinə qədər gələrək onun xanımına sataşıb. Bir neçə il sonra Asim Əbdülovun xanımı olanları həyat yoldaşından gizlədə bilməyib və hər şeyi ona danışıb. Asim Əbdülov bunları bildikdən bir gün sonra Qədirli ilə görüşüb və aralarında yaranmış mübahisə zamanı onu qətlə yetirib.

Asim Əbdülov elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. Ali təhsilli mühəndis olduğunu deyən təqsirləndirilən şəxs bildirib ki, əvvəldən E.Qədirlini öldürmək niyyəti olmayıb: "Düşünürdüm ki, belə bir şeyin olduğunu inkar edəcək. Amma mənə qayıdıb dedi ki, bir də olmaz. Artıq bu söz məni özümdən çıxardı. Bununla da etdiklərini etiraf etdi. Maşını qəbiristanlığa sürdüm. Orada mübahisə edəndə silahı çıxarıb onu bir dəfə vurdum".

A.Əbdülova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq