Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək - Bu tarixdə

img

22-10-2019 [14:34]


Oktyabrın 24-də Bakıda "Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusunda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək. 

Bu barədə Azərbaycan Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, 4 sessiyadan ibarət olacaq forumda bərpa olunan enerjinin inkişafı və texnologiyaların rolu, bərpa olunan enerji mənbələrindən istifadə və tənzimləyici mexanizmlər, enerji səmərəliliyinin təşviqi - ən yaxşı təcrübələrin bölüşdürülməsi, regional səviyyədə təchizat təhlükəsizliyi mövzuları çərçivəsində müzakirələr aparılacaq.

Forumda 13 ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan, Avstriya, Çin, Yunanıstan, Albaniya, Xorvatiya, İspaniya, Banqladeş, Bosniya və Hersoqovina, Burundi, Yəmənin yüksək səviyyəli dövlət rəsmiləri, 42 beynəlxalq təşkilat, yerli və xarici enerji şirkətləri, dövlət qurumlarının təmsilçiləri, eləcə də xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, ekspertlər və mediadan ibarət 200-ə yaxın şəxsin iştirakı gözlənilir.

Forumun açılışında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnakın çıxışı nəzərdə tutulub.

Azərbaycanın 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Enerji Xartiyası Forumu gələcək prioritetləri və çağırışları müzakirə etmək üçün uğurlu platforma hesab edilir. Forum milli, regional, beynəlxalq ekspertlər tərəfindən energetika sektorunda qlobal innovasiya trendlərinin, eləcə də Enerji Xartiyasına üzv və müşahidəçi ölkələrin, Xartiyadan kənarda qalan dövlətlərin enerji sektorlarında inkişaf prosesləri və aparılan islahatlarla bağlı məsələlərin müzakirəsinə həsr ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı