"Burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər" - YAP-çı deputat

22-10-2019 [13:36]
"Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib. Sonra məlum olurdu ki, həmin insanın maddi ehtyacı olmayıb. Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstandan daha çoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov televiziyalarda yayımlanan serialları da tənqid edib: "Bəzi verilişlərdə zorakılıq təbliğ olunur. Seriallarda kimisə öldürürlər, kimisə qəbirdə gizlədirlər... 

Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa. Televizyialarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynində sovet dövründəki kimi Bədii Şura keçirdi ki, kimisə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial təbəqələr var, burada icazə verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”.

Report


SON XƏBƏRLƏR