Ermənistan Qoşulmama Hərəkatının Bakı Sammitində iştirak etməyəcək

img

22-10-2019 [13:10]


Qoşulmama Hərəkatının Bakıda keçiriləcək sammitində iştirak edəcək ölkələr arasında Ermənistan yoxdur.

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

"İştirakçı ölkələr Bakıda Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün onlayn müraciət ediblər. Hazırda Ermənistan siyahıda yoxdur", - o deyib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Sammit zamanı təşkilata sədrlik üç il müddətində Azərbaycana keçəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı