Biləsuvar rayonunda avtomobil qaçırılıb

img

22-10-2019 [12:28]


Biləsuvar rayonunda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Muğankənd kənd sakini A.Cəfərov oktyabrın 21-də şəhər ərazisindən "VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini T.Rüstəmov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR