"Haqsızlığı görəndə ürəyim partlayır" - Xanım aparıcı

img

22-10-2019 [11:46]


"Maşın” şounun finalçısı Lalə  Mustafayeva sosial şəbəkədə paylaşım edərək şou ilə bağlı sualları cavablayıb. 

Aparıcı bir də kiminsə şou ilə bağlı ona sual verməsini istəmədiyini bildirib:

"Bizə həqiqəti söyləməyi öyrədirlər, amma biz bunu edərkən də bizdən inciyirlər. Demək,  söyləməyi öyrədirlər, amma dinləməyi yox. Dostlar, çox xoşbəxtəm ki, özümü tanıda bilmişəm. Səhvlərim olubsa, üzürlü sayın. Mən xanımam... Ağlaya bilərəm. Haqsızlığı görəndə ürəyim partlayır və çox kövrək adamam. Əsas kinli deyiləm. Qalibi də təbrik edirəm. Demək, Allahdan mənim üçün xeyirlisi bu idi. Maşını ailəm üçün qazanmaq istəyirdim. 60 saat ayaqda qaldım. yuxusuz gecələr, günlər keçirdim. Sadəcə, səhhətimdə problem olduğundan əlimi çəkdim. 

Gözütox insanam, maşında da gözüm qalmadı! Sunanın da Allah yolunu açıq etsin. Mən güclü insanam və hər zaman hər şeyə əziyyətlə nail olmuşam. Nəyəsə ehtiyacım olanda belə, susuram. 

Allaha çox şükür ki, bu şouya dəvət aldım. Murad Dadaşova təşəkkürümü bildirirəm. Dostlar, xanımlar və bəylər, Allah sizin hörmətinizi, diqqətinizi mənə çox görməsin! Mənim qazancım sizsiniz!!! Allaha əmanət olun. (Şou ilə bağlı hər şeyi burda izah etdim. Xahiş edirəm, mənə birdə kimsə sual verməsin)”

Xatırladaq ki, "Maşın” şounun 18-ci sürətində finala qalan son iki iştirakçıdan türkiyəli aparıcı Suna Kasımoğlu həmkarı Lalə Mustafayevadan daha dözümlü çıxaraq avtomobili qazanıb. 

"Bu mənim gələcəyim üçün böyük dərs oldu. Məyus deyiləm, oyunda simamı itirmədim. Türkan mənimlə münasibəti kəsdi, halbuki mən bunu istəməzdim. Amma Suna artıq mənim üçün yoxdur”, - deyən Lalə şounun son gecəsində Suna ilə bağlı sərt fikirlər səsləndirib/Yenisabah.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı