Axtarışda olan 13 nəfər tutuldu - DİN-dən açıqlama

img

22-10-2019 [11:19]


Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, oktyabr ayının 21-də törədilən 18 cinayətin üstü "isti izlər”lə açılıb.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub:

"Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı