Nazirliyin rüşvətdə ittiham olunan keçmiş əməkdaşları məhkəmə zalından azadlığa buraxıldı

img

22-10-2019 [11:08]


Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beyləqan şöbəsinin keçmiş vəzifəli şəxsləri - Mehdi Abdullayev və Novruz Alkərəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hökmə əsasən, Mehdi Abdullayev və Novruz Alkərəmova şərti cəza verilib və hər iki şəxs məhkəmə zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Beyləqan meşəbəyiliyinin 2 saylı meşə dolayının torpaq sahəsinin ayrılması üçün pul alınması ilə bağlıdır. Təqsirləndirilən şəxslərin zərərçəkmiş Teymur Aslanovadan 10 min manat rüşvət aldığı bildirilir. Onlara Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq