21-10-2019 [20:55]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.
Mia.az Azərtac-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev dedi:
Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz.
Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz.
Əli Həsənov: Çox sağ olun, möhtərəm cənab Prezident. Məni qəbul etdiyiniz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Həqiqətən, mən 51 illik fəaliyyətim dövründə 20 il ulu öndər Heydər Əliyevin, son 16 ildə isə Sizin rəhbərliyiniz altında çalışmışam. İndi ünvanıma dediyiniz sözlər mənim üçün ən böyük qiymətdir. İnsan üçün bundan böyük nə ola bilər?! Ümumiyyətlə, 20 il Ulu Öndərin, 16 il ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin, - hansı ki, bu gün dünya prezidentləri arasında öz layiqli yerini tutub və onun heç əvəzi də yoxdur, - rəhbərliyi altında çalışasan və belə bir Prezidentdən bu cür qiymət almaq, hansı ki, Siz sadaladınız, insana bundan böyük nə lazımdır?! Ulu Öndərimizin və Sizin rəhbərliyiniz altında işləmək mənim ən böyük qazancım olub. Ömrümün axırınacan Əliyevçiyəm və Əliyevçi də olaraq qalacağam. Ölkə Prezidentinin bir vəzifəli şəxs haqqında bu cür sözlər söyləməsindən, onun gördüyü işlərə bu cür qiymət verməsindən yaxşı nə ola bilər?!
Prezident İlham Əliyev: Siz buna layiqsiniz, Əli müəllim, mən bunları tam səmimi deyirəm. Əlbəttə ki, gündəlik formatda Prezidentdən daha çox tənqidi fikirlər səslənir, bu da təbiidir. Amma mən hər bir adamın, hər bir vəzifəli şəxsin fəaliyyətini obyektiv qiymətləndirirəm və sizin ünvanınıza dediyim sözlər tam həqiqətə uyğundur.
Əli Həsənov: O da Sizin böyüklüyünüzdür, bir daha nümayiş etdirirsiniz ki, Siz həqiqətən hər bir Azərbaycan vətəndaşının qarantısınız. Mən də Azərbaycan vətəndaşıyam və bunu bir daha nümayiş etdirirsiniz. Siz bütün sahələrdə islahatlar aparmısınız. Bəli, gənclərə yol verilməlidir. Bəli, ulu öndər Heydər Əliyev də bu addımları atırdı. Ulu öndər Heydər Əliyevin siyasəti bu gün tam davam edir bütün istiqamətlərdə. Nə əldə etmişiksə, təbii ki, onun hamısının kökündə, əsasında ulu öndər Heydər Əliyevin siyasəti durur. Allaha çox şükürlər olsun ki, Siz də bunu çox böyük ləyaqətlə, çox böyük bacarıqla həyata keçirirsiniz. Bu gün Siz Azərbaycanı dünyaya tanıtdırırsınız. Götürək, Mehriban xanımın işlərini. Mehriban xanım ən yüksək keyfiyyətə, humanistlik keyfiyyətinə, ən yüksək siyasi keyfiyyətə malik bir xanımdır. Mehriban xanım Azərbaycan xanımını dünya xanımları sırasında ən yüksək zirvəyə qaldırdı. Sizin sayənizdə bu gün bütün dünya Azərbaycandan danışır. Bunu necə görməmək olar? O müxalifətdəkilər aldıqları vəsaiti doğrultmaq, onları silmək üçün canfəşanlıq edirlər, ağızlarına gələni danışırlar. Bütün Azərbaycan ictimaiyyəti belə qeyri-obyektiv məsələlərə qarşı münasibət bildirməlidir, hər kəs mövqeyini bildirməlidir.
Məni bu gün qəbul etdiyinizə, ünvanıma bu cür xoş sözlər dediyinizə görə Sizə bir daha təşəkkür edirəm. Necə ki, Ulu Öndərin gördüyü işlərin əyani nəticələri indi daha aydın görünür, Sizin də gördüyünüz işlərin nəticələri hər il, 10 il, 50 il bundan sonra daha aydın görünəcəkdir. Ona görə bir daha Sizə təşəkkür edirəm. Sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, Əli müəllim.
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir