PREZİDENT HÖKUMƏTDƏ İSLAHATA BAŞLADI: Baş nazirin iki müavini vəzifədən çıxarıldı + FOTOLAR

21-10-2019 [16:37]
Prezident İlham Əliyev  bu gün Baş nazirin iki müavini haqda  sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Əli Həsənov da Baş Nazirin müavini vəzifəsindən azad olunub.

***

Prezident İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovla Əli Həsənovu vəzifələrindən azad edilmələri ilə bağlı verdikləri ərizələrlə əlaqədar qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.



SON XƏBƏRLƏR