Qubada əmisi oğlunun arvadını qaçıranı döyüb öldürənlərin cinayət işi baxışa təyin edilib

img

21-10-2019 [15:07]


Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qohumunu döyərək qətlə yetirməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadiq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Zabit Yolçuyevin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib.

Vəkil bildirib ki, Yolçuyev hadisədən əvvəl qəzaya düşüb və bədəninin müxtəlif hissələrindən ağır xəsarət alıb. O qeyd edib ki, Z.Yolmçuyev hazırda müalicəsini davam etdirə bilmədiyi üçün ağrılar çəkir.

Təqsirləndərilənlər - Şahmar Əsədov və Pərviz Əsədovun vəkili vəsatət verərək müdafiə etdiyi şəxslərin ev dustaqlığına buraxılmalarını istəyib. Vəkillər məhkəmə prosesinin videolentə alınmasını istəyib.

Prokuror vəsatətlərin təmin edilməsi üçün heç bir əsas olmadığını bildirib.

Məhkəmə müşavirədən sonra vəsatətlər təmin edilməməsi və baxış iclasının oktyabrın 29-na təyin edilməsi barədə qərarı elan edib.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 22-də Quba rayonunda baş verib. 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu, 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadiq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı