"35 saatınız qaldı" - Çavuşoğlundan YPG-yə mesaj

img

21-10-2019 [11:39]


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu YPG/PYD terror qruplaşmasına xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, o, bu gün keçirilən "TRT World Forum” toplantıda terror qruplaşmasına ABŞ-la imzalanan 120 saatlıq atəşkəs müddəıtni xatıərladıb: "Artıq rerror qruplaşmasına verilən möhlətin başa çatımasına 35 saat qaldı. Bu müddətə onlar təhlükəsizlik bölgəsindən çıxmasa, yenidən əməliyyata başlayacağıq”.

Xatırladaq ki, Türkiyə ordusu oktyabrın 9-da Suriyanın şimalında "Barış Pınarı" əməliyyatına başlayıb. Oktyabrın 17-də isə ABŞ-ın vitse-prezidenti Maykl Pens Ankaraya gələrək, Ərdoğanla atəşkəsə razılaşıb. Razılaşmaya əsasən, əməliyyata 120 saat ara verilir və YPG/PYD bu müddət ərzində Türkiyənin tələb etdiyi əraziləri boşaltmalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR