Bərdədə avtomobillər toqquşdu: bir ailənin 5 üzvü xəsarət aldı

img

21-10-2019 [11:05]


Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı minik avtomobili yolun əks tərəfi ilə hərəkətdə olan "Zil" markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili də "Zil"ə çırpılıb.

Nəticədə "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü, Füzuli rayon sakini 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və sərnişinləri Füzuli rayon sakinləri 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-ci il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Xəsarət alanlardan A.Ağayevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq