20-10-2019 [00:17]
Qoç - təşəbbüskar olun. İntensiv fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir yaratsa da, onları qulaqardına vurmayın.
Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər. Hadisələrin axarı maraqlı deyil.
Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.
Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz.
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.
Əkizlər - emosiyalarınıza hakim olun. "Hirsli başda ağıl olmaz" deyimini xatırlayın və ən çətin işlərin çözümünün soyuqqanlı davranışda olduğunu bilin. Məntiqiniz emosiyalara uduzmamalıdır.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm informasiyanı qaçırmayın.
Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə tapınmayın.
Xərçəng - problemlərin həllinə yaradıcı yanaşsanız, sürətlə irəliləyəcəksiniz. Məqsədləri yeniləyin, hədəfləri təftiş edin. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə etsəniz, tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi güclənəcək.
Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə çalışmayın. Əlavə gəlir mənbəyi arayın.
Şir - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.
Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər.
Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.
Qız - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var.
Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil.
Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və əməllərinizdə ardıcıl olun.
Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.
Tərəzi - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.
Əqrəb - işinizə məsuliyyətlə yanaşın. Cari məsələlərin həlli əlahiddə zəhmət və çox vaxt tələb etmir. Ətrafınızdakı hadisələrin mahiyyətini anlamağa çalışın. Bəzi nüanslar xüsusi diqqət tələb edir.
Günün ikinci yarısında vaxt sürətlə keçəcək. İkinci dərəcəli məsələlərə fikir verməyin. Onları təxirə salmaq da olar. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. Yaxın gələcəklə bağlı perspektivlər maraqlıdır.
Təklif və vədləri real dəyərləndirin.
Oxatan - intensiv intellektual və fiziki əməklə məşğul olmayın. Rutin öhdəlikləri yerinə yetirin. Yaxın gələcəklə bağlı planları bir daha dəqiqləşdirin.
İntuisiyanız sizi aldatmayacaq.
Günün ikinci yarısında işdə rəhbərlik sizə əlavə tapşırıq verəcək. Ən xırda detallar barədə informasiya əldə etmədən işə başlamayın.
Tapşırığın korrekt yerinə yetirilməsi üçün müstəqil işləyin.
Yaxınlarınızla münasibətlərdə etimad və qarşılıqlı anlayış xüsusi əhəmiyyət kəsb edir.
Oğlaq - şəxsi münasibətləri işgüzar maraqlardan üstün tutmayın. Ruh yüksəliyi ilə çalışın, hədəflərə və məqsədlərə çatmaq üçün bütün zəruri vasitələrdən istifadə edin.
Bəzi işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan yararlanın. Kənardan məsləhətlərə, yardımlara ehtiyacınız yoxdur. Dəyər verdiyiniz insanla təmaslarda məsafə saxlamağa çalışmayın. Sevdiyiniz insanın hissləri ilə oynamayın.
Dolça - çox ciddi irəliləyişlərə nail ola biləcəyinizi düşünməyin. Realist olun, imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. İndiyədək əldə etdiyiniz nəticələrə diqqətlə nəzər salın, yanlışlıqların fəsadlarını aradan qaldırın.
Günün ikinci yarısında yaradıcılıq potensialınız artacaq. Ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün yeni layihəni reallaşdırmağa başlayın.
Özünüzü həddən artıq yormayın.
Axşam saatlarında qıcıq və yorğunluq istisna deyil. Yaxınlarınızla təmaslarda qarşı tərəfin mövqelərini nəzərə alın.
Balıqlar - qüvvənizə və potensialınıza şübhə etməyin. İradəli olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Karyeranızı düşünün. Problemlərin həllinə yaradıcı yanaşın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyac duyacaqsınız. Ağır işin öhdəsindən təkbaşına gələ bilmirsinizsə, dostlardan yardım istəməkdən çəkinməyin.
Axşam saatlarını dəyər verdiyiniz insana ayırın.
Milli.Az
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı