Bakıda və rayonlarda yağış yağacaq - Proqnoz açıqlandı

img

19-10-2019 [13:15]


Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, havanın temperaturu gecə 15-17° isti, gündüz 21-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 22-24° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17° isti, gündüz 21-26° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18° isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq