25 rəis və müavinləri bir əmrlə dəyişdi - "Bakı Metropoliteni"də

img

18-10-2019 [16:14]


"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib. 

Bu barədə qurum rəisi Zaur Hüseynov əmr imzalayıb. 

Onların bəzilərinin adları məlum olub.

Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stansiyasına rəis təyin edilib. Bundan əlavə, "Sahil" stansiyasının rəisi Yusif Şabanov "Nizami" stansiyasına rəis kimi transfer olunub. 

"Əhmədli" stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək "28 May" stansiyasının rəisi təyin edilib. Metronun "Memar Əcəmi 2" stansiyasının rəisi Faiq Həsənovla "Avtovağzal" stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişiblər. "Bakmil"in rəisi Əlişan Ağayev "Memar Əcəmi" stansiyasına, "Memar Əcəmi" stansiyasının rəisi Sərdar Babayev isə "Bakmil"ə rəis təyin edilib.

Həmçinin "28 May" stansiyasının rəis müavini Zəfər Əhmədov "Sahil" stansiyasında eyni vəzifəyə təyinat alıb. "Nizami" stansiyasının rəis müavini "28 May" stansiyasına müavin gətirilib.

Qeyd edək ki, yerdəyişmə ilə bağlı məsələlərə "Bakı Metropoliteni” aydınlıq gətirməyib.

Xatırladaq ki, "Bakı Metropoliteni”nin 25 stansiyası var/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq