"YPG əraziləri tərk edir, heç bir atışma yoxdur" - Ərdoğan

img

18-10-2019 [15:09]


"Bu gün səhər Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışdım və o, mənə dedi ki, terrorçular nəzərdə tutduğumuz bölgəni tərk etməyə başlayıblar",

Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 Ərdoğan bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgəni tərk etməyəcək və oradakı proseslərə nəzarəti davam etdirəcəklər: "Təhlükəsizlik qüvvələrimiz terrorçuların bölgəni doğrudan da tərk edib-etmədiklərinə nəzarət edəcək". 

Prezident bölgədə atışmaların davam etməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb: "Mən Milli Müdafiə naziri ilə danışdım, o da dedi ki, bölgədə heç bir atışma yoxdur. Bununla bağlı yayılan məlumatlar dezinformasiyadır. Bunlara inanmayın. Əsas məqsəd əldə etdiyimiz razılaşmanın həyata keçirilməsinə dəstək olmaqdır".

Xatırladaq ki, dünən ABŞ-ın vitse-prezienti Maykl Pensin Ankaraya səfərində Ərdoğanla "Barış Pınar"ının dayandırılması haqda razılıq əldə edilib. Razılaşmaya əsasən, YPG 5 gün içində Türkiyənin tələb etdiyi əraziləri tərk edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı