Jurnalist Əfqan Muxtarlı bu gün hakim qarşısına çıxarılacaq

18-10-2019 [14:00]
Bu gün 16 saylı cəzaçəkmə müəssisəsində jurnalist Əfqan Muxtarlının məhkəməsi keçiriləcək.

Mia.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, iclası Suraxanı Rayon Məhkəməsinin hakimləri aparacaq.

Qeyd edək ki, Ə. Muxtarlı cəzasının üçdəiki hissəsini çəkdiyi üçün bu gün azadlığa çıxacağı ehtimal edilir.

Onu da qeyd edək ki, Əfqan Muxtarlının vəkilləri Elçin Sadıqovla Zibeydə Sadıqova hazırda cəzaçəkmə müəssisəsinə gəliblər. 

E. Sadıqov bildirib ki, onlara bu barədə heç bir rəsmi məlumat verilməyib. 



SON XƏBƏRLƏR