Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıb - Statistika

img

18-10-2019 [11:32]


Bu ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 118 mənzil alıb.

"Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2018-ci ilin sentyabr ayı ilə müqayisədə 62 mənzil və ya 34,4% azdır.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə Azərbaycanın 829 vətəndaşı Türkiyədə mənzil alıb. Bu, 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 66 mənzil və ya 8,65% çoxdur.

Qeyd edək ki, ümumilikdə sentyabr ayında 4 217 xarici vətəndaş Türkiyədə mənzil alıb ki, bu da 2018-ci ilin eyni ayı ilə müqayisədə 1 445 ədəd və 25,52% azdır.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyədə 32 268 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2018-ci ilin 9 ayı ilə müqayisədə 7 883 ədəd və ya 32,33% çoxdur.

Türkiyədə ən çox mənzil alan xarici vətəndaşların sayına görə İraq siyahıda ilk yerdə qərarlaşıb. Bu ilin sentyabr ayında iraqlılar Türkiyədə 781, bu ilin 9 ayında isə ümumilikdə 5 527 mənzil əldə ediblər.

Siyahıda sonrakı yeri İran tutur. Bu ölkənin vətəndaşları avqustda 489, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində isə 3 624 mənzil satın alıblar.

İlk üçlüyü isə rusiyalılar tamamlayır. Bu ölkənin vətəndaşları ötən ay Türkiyədə 248 mənzil, bu ilin doqquz ayı ərzində isə 1 939 mənzil əldə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı