Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq

18-10-2019 [11:17]
Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub-qərb hissəsində yerləşən yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu "Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.


SON XƏBƏRLƏR