TÜRKİYƏ ƏMƏLİYYATI DAYANDIRDI, YPG 120 SAATA ÇƏKİLƏCƏK - Ərdoğan Penslə razılaşdı/VİDEO

img

17-10-2019 [22:23]


Bu gün Ankarada Türkiyə Prezidenti Ərdoğanla təkbətək və heyətlərlə birgə 4 saat 20 dəqiqə çəkən görüşdən sonra ABŞ-ın vitse-prezidenti Maykl Pens Amerikanın bu ölkədəki səfirliyində açıqlama verib.

Mia.az xəbər verir ki, o, Ərdoğanla görüşdə "Barış Pınarı" əməliyyatının dayandırılması ilə bağlı razılaşdıqlarını deyib: "ABŞ və Türkiyə Suriyada atəşkəs haqqında razılaşdı. Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı dayandıracaq, YPG/PYD isə 120 saat ərzində Türkiyənin arzu etdiyi məsafəyə çəkiləcək".

O, əlavə edib ki, ABŞ "Barış Pınarı" əməliyyatı zonasından YPG silahlılarının çıxarılmasına kömək edəcək: "Hər şey qaydasında olduğundan, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi də gündəmdə olmayacaq".

Pensin çıxışı ərəfəsində isə ABŞ prezidenti Donald Tramp  sosial şəbəkədə açıqlama verib.

O, "Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək", - deyə yazıb.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə ""Barış Pınarı"nı dayandırmırıq. Bu, atəşkəs deyil, sadəcə əməliyyata ara veririk", - deyə qeyd edib.

Nazir deyib ki, YPG tələb olunan məsafəyə çəkilənə qədər gözləyəcəklər: "Biz tələb etdiyimiz, arzuladığımız nəticəni aldıq. ABŞ təhlükəsizlik zonasının yaradılmasının əhəmiyyətini qəbul etdi. Biz tamamilə razılaşdıq. İndi PYD/YPG-nin məlum ərazidən çıxmasını gözləyirik".



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı