Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib

img

17-10-2019 [19:52]


Azərbaycan yığmasının AVRO-2020-nin seçmə mərhələsində səfərdə Slovakiyaya qarşı keçirəcəyi matçın stadionu dəyişdirilib. 

"Report" Slovakiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi paytaxt Bratislavadakı Milli Futbol Stadionunda baş tutmayacaq. UEFA görüşün Trnava şəhərindəki Anton Malatinski adına stadionda olacağını təsdiqləyib. 

Buna səbəb Bratislavadsakı arenanın ot örtüyünün yaxşı vəziyyətdə olmamasıdır. 

Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR