İSBAM Türkiyədə silsilə tədbirlər keçirir: bu gün Kocaelidə "Nəsimi - 650" tədbiri olub + FOTOLAR

17-10-2019 [18:59]
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkiyənin Kocaeli bölgəsində "Nəsimi-650" layihəsi çərçivəsində tədbirlərini davam etdirir. 

Mia.az xəbər verir ki, qurumun bu gün İzmit Sivil Toplum Mərkəzində Türkiyə-Azərbaycan Dərnəkləri Fedarasyonunu və Kocaeli Heydər Əliyev Kültür Evi ilə birgə keçirdiyi tədbirdə dahi Azərbaycan şairi anılıb, onu keçdiyi həyat yolu yaradıcılığından ətraflı bəhs olunub. 

Tədbiri giriş sözü ilə açan İSBAM rəhbəri Samir Adıgözəlli keçirilən layihənin mahiyyəti barədə ətraflı məlumat verib. Sonra İSBAM-ın Nəsimi haqda hazırladığı qisametrajlı film nümayiş olunub. 

Jurnalist Məhəmmədəli Qəribli dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məruzə ilə çıxış edib. 

Tədbirdə iştirak edən Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azəbaycanlı tələbələr - Akif Kətənov, Şəfa Hacıyeva (Çakır), Jalə Əlizadə və Türkiyədə yaşayan, ixtisasca ədəbiyyat müəllimi olan soydaşımız Aynur Məmmədova Nəsimin yaradıcılığından şeirlər səsləndiriblər. 

Tədbirin sonunda İSBAM adından iştirakçılara Nəsimini və Azərbaycanın simvollarını tərənnüm edən hədiyyələr verilib. 

İSBAM layihə çərçivəsində tədbirlərini sabah da davam etdirəcək.

Onu da qeyd edək ki, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə dünın Türkiyənin İzmit şəhərindəki Türkiyə Azərbaycanlılar Dərnəkləri Federasiyasında da olub. 

Dərnəyi rəhbəri Bilal Dündar bölgədə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi istiqamətində görülən işlərlə bağlı qonaqlara geniş məlumat verib. Qurumun ofisində bölgədə təhsil alan Azərbaycan əsilli fəal tələbələrlə də fikir mübadiləsi aparılıb. Sonra İSBAM nümayəndə heyətini Kocaeli Əmniyyət Müdiri Veysəl Tipioğlu tərəfinfən qəbul edilib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Görüşün sonunda İSBAM sədri Samir Adıgözəlli və Veysəl Tipioğlu bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Türkiyənin sözügedən bölgəsində İSBAM-ın görüşləri və keçirəcəyi tədbirlər bir neçə gün ərzində davam edəcək.









SON XƏBƏRLƏR