3 bankir vəzifədən getdi

img

17-10-2019 [15:51]


Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin (İH) 3 üzvü vəzifəsini tərk edib.

Mia.az xəbər verir ki, "Rabitəbank” ASC-nin İH-nin sədri Elçin Qədimov, "Turan Bank” ASC-nin İH-nin sədri Fəzail Musayev və "Qafqaz-Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) direktor müavini Züleyxa Rəsulova postlarından gediblər.

Onları "Viator Mikrokredit Azərbaycan” MMC BOKT-un direktoru Aynur Əliyeva, "Avrasiya-Kredit” MMC BOKT-un baş icraçı direktoru Xaliq Qasımov və "FİNKA Azərbaycan” MMC BOKT-un əməliyyat rəhbəri Lütfəli Zeynallı əvəz edib.

AMFA-nın İH-nin digər 4 üzvü isə əvvəlki qaydada "İnkişaf üçün maliyyə” MMC BOKT-un direktoru Cəlal Əliyev, "Aqrarkredit” QSC BOKT-un İH-nin üzvü Süleyman Kələşov, "TBC Kredit” MMC BOKT-un direktoru Spartak Tetraşvili və "Access Bank” QSC-nin baş direktoru Elşən Pirmaliyevdir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq