Nazir generalı təqaüdə göndərdi - DİN-də dəyişiklik

img

17-10-2019 [13:18]


Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələlik təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a faktı təsdiqləyiblər.

Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı